Bank Of Baku

Mütəxəssis: “Xəzər dənizinin səviyyəsi son üç ildə ardıcıl olaraq enir”

Mütəxəssis: “Xəzər dənizinin səviyyəsi son üç ildə ardıcıl olaraq enir”
# 04 dekabr 2013 10:34 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Nazim Əhmədov məlumat verib. Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsi 2010-2011-ci illərdə 9 santimetr, 2011-2012-ci illərdə isə 12 sm enib. N. Əhmədov bildirib ki, hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 27.5 metr aşağıdır: “2010-cu ilədək Xəzərin səviyyəsinin enməsi ilə suyun səviyyəsinin qalması prosesi də gedirdi. 2010-cu ildən isə ardıcıl enmə müşahidə olunur”.

 

Mütəxəssis, Xəzərdə suyun azalmasına müxtəlif amillərin təsir etdiyini deyib: “Burda iqlim faktoru əsas rol oynayır, dəyişkənlik, tektonik amillər, çaylarda suyun səviyyəsinin azalması da təsir edir. Amma 85-90 faiz səviyyənin dəyişməsini formalaşdıran əsas səbəb iqlimdir. Hazırda qlobal istiləşmə gedir. Xəzərə əsas su gətirən Volqa çayının hövzəsində nəmlik, rütubətlik çoxalıb. Son dövrdə, xüsusən son 3 ildə bu faktor azalıb, buxarlanma gedir və səviyyə düşməyə meyllidir”.

 

N. Əhmədovun sözlərinə görə, proqnozlar Xəzərdə hazırda enmə dövrünün yaşandığını göstərir.

 

Qeyd edək ki, 1995-ci ildə Xəzər dənizində suyun səviyyəsi ən yüksək həddə çatıb. Ən aşağı səviyyə isə 1977-ci ildə qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR