Bank Of Baku

Nazir müavini: “Doğuşa gələn insanların əksəriyyəti qeysəriyyə əməliyyatlarına üstünlük verir”

Nazir müavini: “Doğuşa gələn insanların əksəriyyəti qeysəriyyə əməliyyatlarına üstünlük verir”
# 31 oktyabr 2013 09:36 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

 

O bildirib ki, dövlət müəssisələri ilə yanaşı, özəl tibb müəssisələrində də müxtəlif tibbi prosedurların həyata keçirilməsi üçün hər bir şərait yaradılıb: “Azərbaycanda 500-ə qədər tibb müəssisələrinə fəaliyyət göstərmək üçün lisenziya verilib. Səhiyyə Nazirliyi bütün tibb müəssisələrinə lazımi nəzarət etsə də, yayınma halları da müşahidə olunur ki, Milli Məclis tərəfindən qəbul edilən qanunvericilik aktları bu problemlərin aradan qaldırılmasına kömək edəcək”.

 

E.Ağayev vurğulayıb ki, dünyada qəbul olunmuş standartlara əsasən doğuşların 16%-nin qeysəriyyə əməliyyatları ilə aparılmasına icazə verilir: “Amma təəssüflər olsun ki, bundan bir qədər sui-istifadə halları artıb. Doğuşa gələn insanların əksəriyyəti qeysəriyyə əməliyyatlarına üstünlük verir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR