Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin avqustun 5-də Gəncə şəhərində Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib.
Bu barədə "APA-Economics"ə nazirlikdən məlumat verilib.
Bildirilir ki, görüşün tarixi barədə əlavə məlumat veriləcək.