Bank Of Baku

Nobel mükafatı laureatı ATU-da olub - FOTO

Nobel mükafatı laureatı ATU-da olub - <span style="color: red;">FOTO
# 02 noyabr 2013 15:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, kimya üzrə Nobel mükafatı laureatı Ada Yonat Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.

 

Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə  universitetin rektoru, akademik Əhliman Əmiraslanov çıxış edərək III Bakı Beynəlxalq Humanitar Forumu haqqında fikirlərini bildirib.

 

Forumda tibb elmi sahəsinə aid önəmli sessiyanın keçirildiyini bildirən rektor toplantıda molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri barədə faydalı müzakirələrin aparıldığını söyləyib.

 

Ada Yonat isə Azərbaycanda bu cür təhsil ocaqlarının mövcudluğuna sevindiyini bildirib. Daha sonra qonaq tələbələrin suallarını cavablandırıb.

 

Sonda Ada Yonata  ATU-nun fəxri diplomu təqdim olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR