Bakı. Gülnar Bəşirova-APA. Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Nobel mükafatı laureatı, alman fiziki Klaus fon-Klitsinglə görüşüb.
APA-nın verdiyi xəbərə görə, universitet haqqında məşhur alimə məlumat verən A. Məhərrəmov BDU-nun yarınmasının inkişaf tarixini, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb. Rektor bildirib ki, BDU dünyanın aparıcı təhsil ocaqları ilə yanaşı Almaniya universitetləri ilə də səmərəli əlaqələr qurub və bu əlaqələri genişləndirmək niyyətindədir.
Daha sonra alim BDU-nun akt zalında "Kəsrli kvant Holl effektinin yeni tətbiqi" mövzusunda mühazirə oxuyub və tələblərin verdiyi sualları cavablandırıb.
Qonaq həm də BDU-nun Nanoaraşdırmalar laboratoriyasında da olub və burada görülən işlərə yüksək qiymət verib.