Bank Of Baku

Paytaxt məktəbliləri arasında yeni müsabiqə keçiriləcək

Paytaxt məktəbliləri arasında yeni müsabiqə keçiriləcək
# 02 mart 2013 11:06 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı-APA. Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda ümumtəhsil müəssisələrinin şagirdləri arasında rəsm müsabiqəsi keçiriləcək. Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, məqsəd Heydər Əliyevin ömür yolu və zəngin ictimai – siyasi fəaliyyətinin şagirdlərə daha yaxşı aşılamaqdır. Müsabiqənin təşkili üçün ilk növbədə təhsil müəssisələrində təşkilat komitələri və münsiflər heyəti yaradılacaq. Müsabiqə 3 mərhələdə və 3 yaş qrupu üzrə keçiriləcək. Bu mərhələlər 12 aprel tarixində - məktəb, 17 apreldə - rayon (şəhər), may ayında isə Bakı şəhərində 6 – 10, 11 – 14, 15 – 18 yaş qrupları üzrə olacaq. Rəsmlər aprelin 25 – dək Tofiq İsmayılov adına Uşaq – Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasına göndərilməlidir.

Müsabiqənin qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR