APA-nın məlumatına görə, dövlət orqanlarından - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Süleymanov Tahir Veys oğlu, gənclər və idman nazirinin müavini Babayev İntiqam Vaqif oğlu, təhsil nazirinin müavini Novruzov Qulu Novruz oğlu, mədəniyyət və turizm nazirinin müavini Səmədov Nazim Adil oğlu və Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini Məmmədov Cavid Nəriman oğlu, gənclər təşkilatlarından - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri İsmayılov Şahin Əmir oğlu, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Mehdiyev Nurəddin Səftər oğlu, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Orucov Seymur Vaqif oğlu və Gənclər Təşkilatları Milli Şurasının sədri Seyidzadə Şahin Kamil oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin ediliblər.