Bank Of Baku

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Tovuz rayonunda qəbul keçirib - FOTO - VİDEO

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Tovuz rayonunda qəbul keçirib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 09 yanvar 2014 09:23 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov Qazax, Ağstafa, Gədəbəy, Tovuz və Şəmkir rayonlarının sakinlərini Tovuzda qəbul edib, vətəndaşların şikayət və təkliflərini dinləyib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda bu bölgədən olan 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.

 

Müraciətlərdə qaldırılan məsələlərin həlli bilavasitə DTXK-ya aid olduğu hallarda, mütəxəssislər vasitəsilə yerlərdə yerquruluşu ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılıb. Qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi hallarla bağlı isə vətəndaşların müraciətləri Komitənin kargüzarlığında nəzarətə götürülərək qeydiyyata alınıb və Komitənin müvafiq məktubları ilə aidiyyəti qurumlara ünvanlanıb. Bu barədə həmçinin öz səlahiyyətlərinə dair işlərin qısa müddətdə icrası məqsədilə Komitənin aidiyyəti rayon və şəhər şöbələrinin müdirlərinə də rəsmi qaydada tapşırıqlar verilib.

 

Qəbul zamanı vətəndaşların bəzisi Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvindən siyahıya salınmaması, bəzi həyətyanı sahələrin kəndlərlə qonşuluqda yerləşən dövlət meşə fondu torpaqlarına və qış otlağı ərazilərinə düşməsi ilə bağlı onlara şəhadətnamələrin verilməməsi, bir qismi torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən müəyyən texniki qüsurlara yol verildiyi, qonşu torpaq mülkiyyətçiləri arasında yaranan torpaq-sərhəd mübahisələri, eləcə də həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı mövcud problemlər barədə müraciətlər ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR