Bank Of Baku

Qulu Novruzov: “Xaricdə təhsil alan azərbaycanlı tələbələrin orada qalması Azərbaycana daha çox xeyir verəcəksə, niyə də qalmasınlar?”

Qulu Novruzov: “Xaricdə təhsil alan azərbaycanlı tələbələrin orada qalması Azərbaycana daha çox xeyir verəcəksə, niyə də qalmasınlar?”
# 22 fevral 2013 10:36 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı - APA. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 1826 azərbaycanlı xaricdə təhsil almağa göndərilib. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Qulu Novruzov deyib. O bildirib ki, bu vaxta kimi yalnız 433 nəfərin təhsili başa vuraraq məzun olması barədə rəsmi əmr verilib.

 

Q. Novruzovun sözlərinə görə, hətta 2012/2013-cü ildə təhsillərini başa vuranların bəziləri məzun olmaq barədə sənədlərini nazirliyə təqdim etməyiblər: “Həmin tələbələrin nazirliyə gətirmək, özləri barədə məlumatları verməyə məcbur etmək üçün onlara verilən ödənişləri saxlamağa məcbur olduq. Hazırda xaricdə təhsil alan 144 tələbənin maliyyələşməsi dayandırılıb. Bunun nəticəsində yaxın 2 ay ərzində onların sənədlərinin əmrləşdirilməsi gözlənilir. Hər bir proqrama daxil olan tələbə ilə xaricdə təhsil almağa göndərilərkən müqavilə imzalanır ki, onlar təhsillərini başa vurandan sonra 2 ay müddətində qeydiyyatdan keçməli və Azərbaycanda fəaliyyətə başlamalıdır”.

 

Q. Novruzov tələbələrin təhsildən sonra  xaricdə qalması məsələsinə də aydınlıq gətirib: “Xaricdə qalmaqla bağlı bu gün mövcud olan narahatlığı başa düşmürəm. Onsuz da azərbaycanlı tələbələr xaricdə qalmağa maraqlı deyil. Əgər tələbə xaricdə qalıb fəaliyyətə başlayırsa, bunun nə mənfi cəhətləri ola bilər? Əgər tələbə xaricdə 3-5 ildən sonra Azərbaycana daha çox xeyir verə biləcəksə, niyə də qalmasın”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR