Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-170, Kiçik Qafqazın çaylarında 70-150, Lənkəran-Astara bölgəsi çaylarında 10-130, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, martın 04-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 167 m3/s olmaqla, ongünlük normanın 69 faizini təşkil edir. Martın 04-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla, ongünlük normanın 81 faizini təşkil edir.
Martın 4-də Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 3 sm, Şirvanda 1 sm azalma, Bankədə 8 sm artım qeydə alınmış, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.