Bank Of Baku

Sabah Azərbaycan paytaxtında yağıntılı hava şəraiti proqnozlaşdırılır

Sabah Azərbaycan paytaxtında yağıntılı hava şəraiti proqnozlaşdırılır
# 23 fevral 2013 09:36 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva-APA. Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 2-4, gündüz  5-8  dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 1-5, gündüz 5-10 dərəcə  isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti olacağı gözlənilir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR