Bakı – APA-Economics. Fevralın 22-də Bakı şəhərinin Xəzər və Pirallahı, eləcə də Tovuz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar sabah saat 10:00-dan 17:00-dək «Albalılıq» Qazpaylayıcı Stansiyasından Buzovna qəsəbəsinə gedən qaz kəmərində, saat 11:00-dən 16:00-dək Pirallahı-Qala qaz kəmərində, saat 11:00-dən 17:00-dək isə «Qovlar» Avtomatik Qazpaylayıcı Stansiyasında təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Xəzər rayonunun Buzovna, Qala, Zuğulba qəsəbələrinə, Albalılıq, Xaşaxuna və Dübəndi yaşayış massivlərinə, Pirallahı rayonuna, eləcə də Tovuz rayonunun Qovlar qəsəbəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.