Bank Of Baku

Sağlamlıq imkanları məhdud uşaqların Lvovdakı ixtisaslaşmış bərpa mərkəzində reabilitasiyasına başlanacaq

Sağlamlıq imkanları məhdud uşaqların Lvovdakı ixtisaslaşmış bərpa mərkəzində reabilitasiyasına başlanacaq
# 25 fevral 2013 11:29 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı - APA. Azərbaycandan olan sağlamlıq imkanları məhdud uşaqların cari ildən Ukraynanın Lvov şəhərindəki Beynəlxalq bərpa müalicəsi klinikasında reabilitasiya kursu keçmələri təmin olunacaq.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, 18-22 fevral tarixlərində Ukraynada təcrübə səfərində olan nazirliyin bir qrup əməkdaşı ilə klinika rəhbərliyi arasında bununla bağlı razılıq əldə olunub.

 

Səfər zamanı nazirliyin əməkdaşları Beynəlxalq bərpa müalicəsi klinikasının iş təcrübəsi, burada aparılan reabilitasiya metodları ilə yaxından tanış olublar. Tanışlıq zamanı bildirilib ki, bu vaxtadək klinikada dünyanın 60 ölkəsindən, o cümlədən Almaniya, İsveçrə, Fransa, ABŞ-dan ümumilikdə 40 mindən çox sağlamlıq imkanları məhdud uşaq reabilitasiya kursu keçib və yüksək nəticələr əldə edilib.

 

Azərbaycan prezidentinin 9 yanvar 2013-cü il tarixli sərəncamı ilə sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər görülməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq 2 (iki) milyon manat vəsaitin ayrılması bu sahədə işlərin görülməsi üçün mühüm stimul rolunu oynayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR