Bank Of Baku

Şahbuz rayonunun inzibati ərazi bölgüsündə dəyişiklik edilib

Şahbuz rayonunun inzibati ərazi bölgüsündə dəyişiklik edilib
# 22 fevral 2013 13:19 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva – APA. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə dəyişikliklər edilib. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin iclasında qərar qəbul olunub.

 

Dəyişikliyi təqdim edən MM-in Regional siyasət komitəsinin sədri Arif Rəhimzadə deyib ki, Şahbuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Şahbuz şəhəri ilə həmsərhəd olan Ayrınc kəndinin ərazisindən 92,8 ha, Daylaqlı kənd inzibati ərazi dairəsi tərkibindəki Daylaqlı kəndi ərazisindən 274,8 ha torpaq sahələri, habelə ləğv edilərək Azərbaycanın ərazi vahidlərinin Dövlət Reyestrindən çıxarılan Qarababa kəndinin 1454 ha təşkil edən ərazisi bütövlükdə Şahbuz şəhərinin inzibati ərazisinə verilir. Ləğv edilərək Azərbaycanın ərazi vahidlərinin Dövlət Reyestrindən çıxarılmış Qarababa kənd inzibati ərazi dairəsinin mərkəzi Qarababa kəndindən Ayrınc kəndinə keçirilir və Qarababa kənd inzibati ərazi dairəsi Ayrınc kənd inzibati ərazi dairəsi hesab edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR