Bank Of Baku

Son 20 ildə Azərbaycanda 1328 nəfərə “elmlər doktoru”, 7764 nəfərə isə “fəlsəfə doktoru” elmi dərəcəsi verilib

Son 20 ildə Azərbaycanda 1328 nəfərə “elmlər doktoru”, 7764 nəfərə isə “fəlsəfə doktoru” elmi dərəcəsi verilib
# 21 fevral 2013 11:23 (UTC +04:00)

 

APA-nın xəbərinə görə, AAK-ın sədr müavini Vəli Hüseynov bildirib ki, "professor" elmi adı 1136, "dosent" elmi adı 4182 iddiaçıya verilib.

 

Onun sözlərinə görə, 2012-ci ildə "elmlər doktoru" elmi dərəcəsi 90 nəfərə verilib ki, onların da 82-si birbaşa attestasiyadan, qalan 8 nəfəri isə təkrar attestasiyadan, yəni başqa dövlətdə müdafiə edərək Azərbaycanda təkrar attestasiyadan keçiblər: "Fəlsəfə doktoru" elmi dərəcəsini almaq üçün 570 nəfər elmi işini ölkədə müdafiə edib. 39 nəfər isə işini xaricdə müdafiə edərək Azərbaycanda təkrar attestasiyadan keçib. Ümumilikdə 609 nəfər "fəlsəfə doktoru" elmi dərəcəsi alıb. 2012-ci ildə isə 96 nəfər "professor" elmi adını, yəni "professor" attestatı alıb. 273 nəfər isə "dosent" attestatı alıb".

 

AAK-ın sədr müavini bəzi işlərdən imtina edildiyini də qeyd edib. O bildirib ki, plagiat faktları aşkarlandığına, elmi yenilik olmadığına və işlər AAK-ın tələblərinə cavab vermədiyinə görə bir sıra işlərdən imtina edilib. Onun sözlərinə görə, ötən il "elmlər doktoru" dissertasiyalarının 15-dən, "fəlsəfə doktoru" dissertasiyalarının 162-dən, 3 professor attestasiya işindən, 28 dosent attestasiya işindən imtina edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR