Bank Of Baku

Təhsil Nazirliyi 118 uşağa doğum haqqında şəhadətnamə və 18 uşağa şəxsiyyət vəsiqəsi alıb

Təhsil Nazirliyi 118 uşağa doğum haqqında şəhadətnamə və 18 uşağa şəxsiyyət vəsiqəsi alıb
# 23 oktyabr 2013 16:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən biri də uşaqlara doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin alınmasıdır.

 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində Ədliyyə Nazirliyinin müvafiq dəstəyi ilə 118 nəfər uşağa doğum haqqında şəhadətnamə alınıb.

 

Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq çərçivəsində isə 18 nəfər uşağa şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı köməklik göstərilib.

 

2008-ci ildə ölkə üzrə dövlət uşaq müəssisələrinin sayı 55 olduğu halda, Dövlət Proqramı çərçivəsində görülən tədbirlər nəticəsində müəssisələrin sayı 42-uə enib. Transformasiya olunmuş 13 müəssisə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən müəssisələr içərisindəndir. Dövlət Proqramının Tədbirlər Planına və Baş Plana əsasən, uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin tədricən ailə əsaslı və icma əsaslı xidmətlərlə əvəz olunması işinə başlanılıb. Uşaqların müəssisəyə düşməsinin qarşısını almaq üçün yerli səviyyədə alternativ xidmətlərin təşkil edilməsi üzrə iş aparılıb. Bu məqsədlə Sabunçu, Xəzər, Suraxanı rayonlarında günərzi qayğı və reabilitasiya mərkəzləri yaradılıb. Daha iki reabilitasiya mərkəzi isə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyinə verilib. Nəticə etibarilə 503 nəfər uşaq alternativ xidmətlərə cəlb olunub.

 

Proqramın icrası olaraq 2012-ci ildə Təhsil Nazirliyi tərəfindən ailə tipli kiçik qrup evi tikilib və valideyn himayəsindən məhrum olan, daim müəssisədə yaşayan 10 nəfər qız uşağı (8-13 yaş arası) həmin evə yerləşdirilib. Kiçik qrup evində yaşayan məktəb yaşlı uşaqlar evə yaxın ərazidə yerləşən ümumtəhsil məktəbində təhsil alırlar. Dövlət uşaq müəssisəsindən fərqli olaraq, kiçik qrup evində uşaqların ayrıca yataq otaqları, fərdi əşyaları, kompüter və yazı masaları var. Burada yaşayan uşaqların tərbiyəsi ilə növbəlilik qaydasında tərbiyəçilər məşğul olur.

 

Bununla yanaşı, bildirilib ki, Ailə tipli kiçik qrup evi də Nazirlər Kabinetinin qərarı ilə Təhsil Nazirliyinin tabeliyinə verilib. Ailə tipli kiçik qrup evinin nümunəvi Nizamnaməsi təsdiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR