Bank Of Baku

Təhsil Nazirliyi: Bu il internat məktəbləri və uşaq evlərindən 228 nəfər ailələrinə və yaxın qohumlara qaytarılıb

Təhsil Nazirliyi: Bu il internat məktəbləri və uşaq evlərindən 228 nəfər ailələrinə və yaxın qohumlara qaytarılıb
# 23 oktyabr 2013 14:28 (UTC +04:00)

APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın icrası olaraq nazirlik tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkə üzrə ümumilikdə 589 nəfər uşağın dövlət uşaq müəssisələrinə  düşməsinin qarşısı alınıb. Son üç il ərzində Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 36 nəfər uşaq övladlığa verilib. Eyni zamanda, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası ilə birlikdə övladlığa, himayəyə və öz bioloji ailələrinə verilmiş uşaqlara nəzarətin təşkili və onların vəziyyətinin dövri monitorinqinin aparılması həyata keçirilir. 

 

Bildirilib ki, “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, sosial xidmət müəssisələrinin yaradılması nəzərdə tutulub. Uşaqlar üçün sosial xidmət müəssisələri bütün ölkə ərazisində fəaliyyət göstərdiyi təqdirdə dövlət uşaq müəssisələrin sayı əhəmiyyətli dərəcədə azalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR