Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənləri üzrə vakant olan yerlərə qəbul aparılsa da, bir sıra peşə təhsili müəssisələrində vakant yerlər mövcuddur. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bununla əlaqədar olaraq, noyabr ayına qədər yeni siyahının hazırlanıb təqdim edilməsi nəzərdə tutulub.
Nazirlik orta məktəblərin mühafizə sistemi ilə bağlı məsələyə də aydınlıq gətirib. Bildirilib ki, bu məsələ ilə əlaqədar Təhsil Nazirliyinin büdcəsində vəsait nəzərdə tutulmayıb. Eyni zamanda qeyd olun ki, bir çox ümumi təhsil məktəblərində mühafizə üçün valideynlərin könüllü əməkdaşlığı təcrübəsi mövcuddur və valideyn komitələrinin bu işə cəlb olunması ilə məktəblər mühafizə olunur.