Bank Of Baku

Təhsil Nazirliyində seminar keçiriləcək

Təhsil Nazirliyində seminar keçiriləcək
# 05 noyabr 2013 16:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil nazirinin əmrinə əsasən təşkil olunacaq “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi” ilə bağlı seminar keçiriləcək.

 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, seminar noyabrın 8-i saat 17:00-da nazirlikdə olacaq.

 

Müsabiqədə iştirak etmək istəyən təşkilat və ya təşəbbüs qruplarının nümayəndələri təqdim olunacaq layihələrin mövzuları, müsabiqə şərtləri, seçim meyarları ilə bağlı məlumat almaq və müvafiq suallara cavab tapmaq üçün seminarda iştirak edə bilərlər.

 

Seminarda iştirak etmək istəyənlər 7 noyabr tarixinə qədər (18:00-dək) öz ad və soyadlarını elektron poçt vasitəsilə ([email protected]) təqdim etməlidirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR