Bank Of Baku

TQDK sədri Şəkidə vətəndaşları qəbul edib

TQDK sədri Şəkidə vətəndaşları qəbul edib
# 06 dekabr 2013 12:54 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Şəkidə vətəndaşları qəbul edib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına  görə,  qəbulda Şəki ilə yanaşı Qax, Zaqatala, Balakən, Oğuz  və  Qəbələ  rayonlarından   30-dan artıq sakin iştirak edib. Görüşdə  əsas  müzakirə  olunan  məsələlər   sınaq  imtahanlarının  keçirilməsi, dərsliklər  və  testlərin mövzuları  ilə  bağlı  olub. Qəbul  zamanı  qabiliyyət  imtahanlarının keçirilməsi  ilə  bağlı da məsələlər  müzakirə  olunub. Görüşdə dəqiq  fənlər  üzrə  yeni  test  banklarının  ilin  sonunadək  hazır  olacağı  bildirilib. Qeyd olunub ki, TQDK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara göndəriləcək və vətəndaşların problemlərinin həllinə çalışılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR