Bakı – APA-Economics. Bakı şəhərinin Xətai rayonu Nobel prospektindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə təmir işləri aparılır. Bu barədə «APA-Economics»ə «Azərsu» ASC-nin mətbuat xidməti şöbəsindən məlumat verilib.
Bununla əlaqədar, fevralın 22-də gün ərzində Nobel prospekti boyunca bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar «Azərsu» ASC abunəçilərdən üzr istəyir.