Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
RSXM-nin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, bu gün yerli vaxtla saat 11:12-də Xəzər dənizində (Dağıstan ərazisi) maqnitudası 4.4 olan zəlzələ qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 31 km olub.