Bank Of Baku

Xocəsən qəsəbəsinə giriş-çıxış bərpa olunub - FOTO - YENİLƏNİB

Xocəsən qəsəbəsinə giriş-çıxış bərpa olunub - FOTO  - YENİLƏNİB
# 27 iyun 2023 06:44 (UTC +04:00)

Xocəsən qəsəbəsinə giriş-çıxış bərpa edilib.

APA xəbər verir ki, AAYDA-nın əməkdaşları yolda aparılan işləri yekunlaşdırıblar.

Qəsəbəyə avtomobillərin hər iki tərəfdən giriş-çıxışı təmin edilib.

***

Saat 00:19

Xocəsən qəsəbəsinin əsas giriş-çıxışı bağlanıb.

APA xəbər verir ki, ötən gün saat 23:00-dan etibarən həm Xocəsən dairəsindən, həmdə "Meyvəli" bazarının yanından Xocəsən qəsəbəsinə giriş-çıxış dayandırılıb.

Belə ki, AAYDA-nın əməkdaşları sözügedən yolun nişanlanması işlərini aparır.

AAYDA-dan verilən məlumata görə, səhər saat 06:00 dan etibarən yol sürücülərin ixtiyarına veriləcək.

Qeyd edək ki, alternativ yol olaraq qəsəbə sakinləri Sulutəpə qəsəbəsinin ərazisindən Xocəsənə daxil olur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR