Bank Of Baku

Yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib - FOTO

Yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib - FOTO
# 14 iyun 2023 10:23 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin olunması, o cümlədən əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

APA FHN-in saytına istinadən xəbər verir ki, bu çərçivədə, Xidmətin əməkdaşları tərəfindən “Aqroservis” ASC-nin Biləsuvar, Salyan, Masallı, Cəlilabad, Beyləqan, Göyçay, Tovuz, Şəmkir regional nümayəndəliklərində və bölmələrində yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə kənd təsərrüfatı texnikalarına, əraziyə baxış keçirilib, müəssisə rəhbərləri tərəfindən müvafiq texniki işçilərin təlimatlandırılması, texnikaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması işinin və yanğınsöndürmə vasitələrinin istifadəyə yararlılıq vəziyyəti öyrənilib, yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyələr verilərək yanğına qarşı təbliğat xarakterli söhbətlər aparılıb. Eyni zamanda, yanğın təhlükəsizliyinə dair digər tələblər barədə məlumatlar verilib, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydalarından bəhs olunub, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi bildirilib. Həmçinin, ərazilərin təmiz, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın zəruriliyi aidiyyəti vəzifəli şəxslərin diqqətinə çatdırılıb.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR