Bank Of Baku

Yanğına səbəb olan quru ot, kol-kos və məişət tullantıları yığılan sahələr təmizlənib - VİDEO

Yanğına səbəb olan quru ot, kol-kos və məişət tullantıları yığılan sahələr təmizlənib  - VİDEO
# 14 iyul 2023 11:05 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən APA-ya verilən xəbərə görə, bu çərçivədə, yaratdığı yanğın təhlükəsinin aradan qaldırılması məqsədilə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmaqla, Bakı şəhəri, Xətai rayonunun 8 Noyabr prospekti, Zığ şossesi və Məhəmməd Hadi küçəsi 83 ünvanında, Yasamal rayonunun Şərifzadə küçəsində, Sumqayıt şəhərindəki “Socar Polymer” zavodunun ərazisində, Saatlı şəhərinin Nizami küçəsində, Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən 26-cı km-də magistral yolun kənarında, Yardımlı şəhərinin Heydər Əliyev küçəsində quru ot, kol-kos və məişət tullantıları olan sahələrin təmizlənməsi işi həyata keçirilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR