2023-2024 tədris ili üzrə təhsilalan və işçi heyətinin sayı açıqlanıb.
APA xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirilən brifinq zamanı deyib.
Nazir qeyd edib ki, təhsilalanlar 2,1 milyon nəfər, işçi heyət isə 300 min nəfər təşkil edəcək.
“Onlardan 220 mini məktəbəqədər təhsil, 1,6 milyonu ümumtəhsil, 33 mini peşə təhsili, 60 mini orta ixtisas təhsili, 220 mini isə ali təhsil müəssisələrində təhsil alan və çalışanlar olacaq”, - deyə nazir əlavə edib.
Nazir həmçinin deyib ki, Azərbaycanda 654 məktəbin ya təmirə ya da yenidən tikilməsinə ehtiyac var:
"Son illərdə qəzalı məktəblərin sayı 30 faizə qədər azalıb. Bu məktəblər arasında iri məktəblərin sayı azdır".