Bank Of Baku

Yerli arbitraj məhkəmələrinin qərarlarının icrası qaydası açıqlanıb

Yerli arbitraj məhkəmələrinin qərarlarının icrası qaydası açıqlanıb
# 30 oktyabr 2023 11:10 (UTC +04:00)

Yerli arbitraj məhkəmələrinin qərarlarının icrası qaydası açıqlanıb.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, yerli arbitraj məhkəməsinin qərarı həmin qərarla müəyyən edilmiş qaydada və müddətdə icra edilir. Arbitraj qərarında müddət müəyyən edilmədiyi təqdirdə qərar dərhal icra edilir.

Yerli arbitraj məhkəməsinin qərarı arbitraj qərarında müəyyən edilmiş müddət ərzində və ya belə müddət müəyyən edilmədikdə, arbitraj qərarının çıxarıldığı gündən 3 (üç) ay ərzində könüllü icra edilmədikdə, qərar bu Qanuna uyğun olaraq, tərəflər üçün məcburi hüquqi qüvvəyə minmiş və məhkəmə tərəfindən ləğv edilməmişdirsə, xeyrinə qərar çıxarılmış tərəf arbitraj qərarının məcburi icrasının təmin edilməsi barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququna malikdir.

Məhkəmə yalnız bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə arbitraj məhkəməsinin qərarının məcburi icrasından imtina edə bilər.

Yerli arbitraj məhkəməsinin qərarının bu Qanunun müddəalarına uyğun olaraq

ləğv edilməsi barədə məhkəməyə müraciət edilibsə, bu arbitraj qərarının ləğvi üçün irəli sürülmüş əsaslar arbitraj qərarının məcburi icrasının təmin edilməsi barədə müraciət ediləm məhkəmə tərəfindən yenidən nəzərdən keçirə bilməz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR