TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilən Nicat Şakirlinin vəziyyəti stabil olaraq qalır.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, hazırda həkim nəzarəti altında lazımı müayinə və müalicələri davam etdirilir.
Fəxri Rüstəmov (23 yaş) isə sağ əlin iki barmağının kəsilmiş yarası diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına təxliyə olunub. İlkin tibbi yardım göstərildikdən sonra vətəndaş müalicədən imtina edib. Pasiyentin əli sarğı edilərək evə buraxılıb.
Xatırladaq ki, gecə 01:08 radələrində Nərimanov rayonu ərazisindəyol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində xəsarət alan vətəndaş Şakirli Nicat (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Rüstəmov Fəxri (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.