Bank Of Baku

Zəfər Günü ilə bağlı Gəncədə yürüş keçirilib - FOTO - YENİLƏNİB

Zəfər Günü ilə bağlı Gəncədə yürüş keçirilib - FOTO  - YENİLƏNİB
# 08 noyabr 2023 15:42 (UTC +04:00)

Gəncədə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş Zəfər yürüşü keçirilib.

APA xəbər verir ki, Zəfər yürüşü Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Quru Qoşunların Komandanlığının təşkilatçılığı ilə baş tutub. Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüş şəhərin Nizami Gəncəvi prospektindən başlayaraq, Heydər Əliyev və Atatürk prpospektləri ilə davam edib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunları Komandanlığının rəhbər heyəti, millət vəkili, Yap Gəncə şəhər təşkilatının sədri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və sakinlər iştirak ediblər.
Zəfər yürüşü hər kəs tərəfindən böyük coşqu ilə qarşılanıb.

Qeyd edək ki, təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq, bu gün Gəncədə 8 Noyabr - Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir.

***

10.03

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Gəncə şəhərində hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil olunub.

APA xəbər verir ki, hərbi qulluqçular hərbi orkestrin müşayiəti ilə saat 10:00-dan başlayaraq Nizami Gəncəvi prospekti ilə şəhərin baş meydanına yürüş ediblər.

Tədbirdə ictimaiyyət nümayəndələri, rəsmi şəxslər və şəhər sakinləri də iştirak edib.

Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar bu gün həmçinin Bakıda, Bərdə, Füzuli, Laçın şəhərlərində və Zəngilan rayonunda hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR