Tovuzda ictimai dinləmələr keçirilib
16 avqust 2008 00:18 (UTC +04:00)
Tovuz – APA. İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP) ilə bağlı ictimai dinləmələr Tovuz rayonunda davam etdirilmişdir. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova insan hüquq və azadlıqlarının təmini və müdafiəsinin dövlətin qarşısında duran vəzifələri diqqətə çatdırıb. O, MFP-nin təsdiq edilməsindən ötən müddət ərzində bu sahədə xeyli iş görüldüyünü söyləyib. Ombudsman prezident seçkisi kampaniyasını başladığını, artıq namizədlərin qeydiyyatdan keçdiyini bildirib.
Müzakirələrdə çıxış edənlər MFP-də məhkəmə, prokurorluq və polis orqanları qarşısında qoyulmuş vəzifələrin icrası istiqamətində görülmüş işlər, müvafiq dövlət orqanlarında insan hüquq və azadlıqlarının, o cümlədən seçki hüquqlarının təmin olunmasına xüsusi nəzarətin mövcudluğu, kriminogen durum, vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi vəziyyəti barədə məlumat veriblər.
Ombudsman, Tovuzdakı “N” saylı hərbi hissədə əsgər və zabitlərin xidmət şəraiti, qidalanması, hərbi biliklərə yiyələnməsi vəziyyətini yoxlayıb, Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçirib.

Sosial
32 ildən sonra ilk dəfə Şuşa sakinləri qurban bayramın öz doğma yurdlarında qeyd ediblər - FOTOLENT
11:01
16 iyun 2024
Qaradağda iki yük avtomobili toqquşub, xəsarət alan var
09:21
16 iyun 2024
Naxçıvanda Qurban bayramı münasibətilə bayram namazı qılınıb - FOTOLENT
09:18
16 iyun 2024
Şəmkirdə az yaşlını maşın vuraraq öldürüb
21:35
15 iyun 2024