Gürcüstanda hərbi xidmətə icbari çağırış bərpa edilir

Gürcüstanda hərbi xidmətə icbari çağırış bərpa edilir
# 07 noyabr 2016 20:44 (UTC +04:00)

Gürcüstanda hərbi xidmətə çağırış yenidən bərpa olunacaq.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan müdafiə naziri Levan İzoriya bildirib. Onun sözlərinə görə, icbari əsgəri xidmətə çağırılan gənclər hərbi xidmət zamanı yüksək hazırlıqlı hərbçi kimi formalaşacaq.

Nazir qeyd edib ki, yeni çağırışda hərbi xidmət zamanı hər əsgər 50 lari maaş alacaq, tətil və bayram günləri isə evlərinə buraxılacaq.

Xatırladaq ki, Tina Xidaşeli Gürcüstanın müdafiə naziri olarkən icbari hərbi xidmətə çağırışı ləğv etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR