Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə daxilolmalar artıb

Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə daxilolmalar artıb
# 13 iyul 2018 12:07 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 44 mln. 524,4 min manat təşkil edib.

APA-Economics” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, may ayı ilə müqayisədə sığorta haqlarının məbləğində 9 mln. 598,3 min manat və ya 27,48% artım müşahidə edilib.

Bu ilin yanvar-iyun aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər 24 mln. 76,2 min manat olub ki, bu da may ayındakı göstəricidən 3 mln. 738,2 min manat və ya 18,38% çoxdur.

Ümumiyyətlə iyulun 1-nə olan məlumata görə, sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə daxilolmaların 54,07%-ni ödənişə yönəldib.

Hesabat dövründə sərnişinlərin icbari fərdi qəza sığortası (SİFQS) üzrə daxilolmaların həcmi 69,5 min manat olub. Bu, maydakı göstəricidən 70,2 min manat və ya 0,9% çoxdur.

Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən etibarən icbari avtoməsuliyyət sığortası müqavilələri elektron sənəd formasında bağlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR