Əfqanıstandakı sülhməramlıların bir qrupu Azərbaycana qayıdıb

Əfqanıstandakı sülhməramlıların bir qrupu Azərbaycana qayıdıb
# 12 noyabr 2015 13:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Əfqanıstandakı sülhməramlıların bir qrupu Azərbaycana qayıdıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 21 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya dönüb.

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR