"Texnikabank"ın əmanətçilərinə 12,6 mln. manat kompensasiya ödənilib

"Texnikabank"ın əmanətçilərinə 12,6 mln. manat kompensasiya ödənilib
# 19 fevral 2016 06:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Texnikabank" ASC-nin əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən seçilmiş agent banklar vasitəsi ilə kompensasiya ödənişi davam edir.


Fonddan "APA-Economics"ə verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 12 mln. 600 min manatdan artıq kompensasiya ödənilib.


Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb.


Qeyd edək ki, Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.


Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq “Muğanbank”, “Rabitəbank”, “Unibank” və “Kapital Bank” seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR