FHN dənizdə batmaq təhlükəsi ilə üzləşən beş nəfəri xilas edib - YENİLƏNİB

FHN dənizdə batmaq təhlükəsi ilə üzləşən beş nəfəri xilas edib - <span style="color: red;">YENİLƏNİB
# 24 avqust 2016 12:07 (UTC +04:00)

Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinə Bakının Qaradağ rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

Bakının Sabunçu rayonunda da 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Hadisə yerinə cəlb olunan xilasedicilər həmin şəxsi də sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

saat 13.49

Bakı-APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda (ən yaxınlıqdakı məntəqədən 500 m aralıda, nəzarətsiz ərazidə) 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq zərərçəkmişləri sudan çıxarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR