Estoniyada qadın prezident seçilib

Estoniyada qadın prezident seçilib
# 03 oktyabr 2016 15:26 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Estoniyada ilk dəfə prezident vəzifəsinə qadın seçilib.

APA-nın “kommersant.ru”ya istinadən verdiyi məlumata görə, Kersti Kalyulayd parlamentdə keçirilən səsvermə zamanı 81 deputatın dəstəyini qazanıb. Seçki zamanı onun alternativi olmayıb.

K. Kalyulayd Avropa Hesablama Palatasında ölkəsini təmsil edib. O, prezidentlik vəzifəsində Tomas Hendrik İlvesi əvəzləyib. K. Kalyulayd bildirib ki, prezident iqamətgahına köçməyəcək və Tallinndəki evində yaşamağa davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR