Əlcəzairdə helikopterin qəzaya uğraması nəticəsində 12 hərbçi ölüb

Əlcəzairdə helikopterin qəzaya uğraması nəticəsində 12 hərbçi ölüb
# 28 mart 2016 00:55 (UTC +04:00)

Bakı-APA. Əlcəzairdə helikopterin qəzaya uğraması nəticəsində 12 hərbçi ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Mİ-171 nəqliyyat helikopteri ölkənin cənub-qərbində, Reqqan poliqonu yaxınlığında yerə düşüb.

İlkin məlumata əsasən, qəzaya səbəb helikopterdə baş verən texniki nasazlıq olub. Bundan əlavə, avia qəzada 2 hərbçinin sağ qaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR