Səhiyyə Nazirliyi: Şirvandakı partlayışda 24 nəfər yaralanıb

Səhiyyə Nazirliyi: Şirvandakı partlayışda 24 nəfər yaralanıb
# 26 iyul 2016 17:55 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Səhiyyə Nazirliyi Şirvanda Müdafiə Sənayesi Nazirliyinə məxsus "Araz" zavodunda baş verən partlayışda yaralanan şəxslərlə bağlı yeni rəqəmlər açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın APA-ya verdiyi məlumata görə, hadisə nəticəsində Şirvan Mərkəzi Rayon Xəstəxanasına 24 nəfər gətirilib. Onlardan 14 nəfəri ambulator yardım alaraq evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfər müalicə alır. 3 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. 7 nəfərin isə xəsarətləri yüngüldür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR