Putin, Merkel və Olland Ukrayna böhranını müzakirə ediblər

Putin, Merkel və Olland Ukrayna böhranını müzakirə ediblər
# 08 iyul 2016 15:53 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya prezidenti Vladimr Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub.

APA-nın Kremlin saytına istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Ukrayna böhranı müzakirə edilib. Donbasda atəşkəs rejiminin pozulması halları ilə bağlı narahatlıq ifadə olunub. Münaqişə zonasında vəziyyətin daha da gərginləşməsinə imkan verməmək və təmas xəttindən ağır texnikanın geri çəkilməsi məsələsinə daha çox diqqət ayrılıb.

Hər üç lider Minsk razılaşmalarının həyata keçirilməsi üçün danışıqların intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR