Putin-Kerri görüşü dörd saat davam edib

Putin-Kerri görüşü dörd saat davam edib
# 25 mart 2016 00:35 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət katibi Sergey Lavrov arasında görüş 4 saat davam edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, görüşdə Rusiya XİN rəhbəri Sergey Lavrov iştirak edib.

Rusiya prezidenti görüşdə ABŞ nümayəndələrinin Moskvaya işgüzar səfərlərinə həmişə məmnun olduğunu bildirib: “Çünki bu görüşlər müəyyən məsələlərdə həmfikirliyə, ikitərəfli və beynəlxalq məsələlərdə irəliləyişə nail olmağa şans yaradır”.

Kerri, öz növbəsində, Ukraynadakı vəziyyətin tezliklə nizamlanmasına dair ABŞ-ın bir sıra planını müzakirə etməyi təklif edib.

Daha sonra görüş qapalı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR