Azərbaycan güləşçisi Avropa çempionatının qalibi olub

Azərbaycan güləşçisi Avropa çempionatının qalibi olub
# 11 mart 2016 19:23 (UTC +04:00)

Bakı-APA. Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, çempionatın dördüncü günündə qadın və sərbəst güləşçilər mübarizəni yekunlaşdıracaqlar.

Mübarizəyə 1/8 finalda başlayan yığmamızın üzvü Natalya Sinişin (58) kq ilk görüşdə belaruslu Veronika İvanovaya qalib gəlib, ardınca isə Anna Vasilyenko (Ukrayna) və Elin Yohanna Nilssonla (İsveç) dueldən qalib ayrılıb. Rəqiblərini müvafiq olaraq, 5:0 və 12:2 hesabı ilə məğlub edən Sinişin finala yüksəlib.

Avropa çempionatında ilk titul arzusunda olan idmançı həlledici görüşdə Qrays Yakob Bullenlə (Norveç) görüşüb. Qarşılaşma təmsilçimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Sinişin karyerasında ilk dəfə qitənin ən güclüsü ünvanını qazanıb.

Qeyd edək ki, yığmamızın üzvləri üç yarış günündə 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik (48 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Yuliya Ratkeviç (60 kq) və Hacı Əliyev (61 kq) bürünc medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR