Tərtərdə qardaş bacısının boğazını kəsib - YENİLƏNİB

Tərtərdə qardaş bacısının boğazını kəsib - <span style="color: red;">YENİLƏNİB
# 14 iyul 2016 16:03 (UTC +04:00)

Tərtər. Ziya Əmirxanlı – APA. Tərtər rayonunda bacısının boğazını kəsən şəxs tutulub. APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisəni törədən Taleh Alızadə Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində saxlanılıb.


Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

***

16.21

Tərtər. Ziya Əmirxanlı - APA. Tərtər rayonunda qardaş bacısının boğazını kəsib.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Alızadə Cəmilə Valeh qızı boğaz nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, hadisəni C. Alızadənin qardaşı qısqanclıq zəminində törədib.

Faktla bağlı Tərtər polisi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR