Bayram günləri təcili tibbi yardıma müraciətlərin sayı artıb

Bayram günləri təcili tibbi yardıma müraciətlərin sayı artıb
# 22 mart 2016 09:11 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bayram günləri, martın 20-21-də Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı artıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında bildirib ki, adi günlərlə müqayisədə müraciətlərin sayının artmasına bayram günlərində poliklinikaların işləməməyi səbəb olur.

O əlavə edib ki, bayram günlərində əsas yük təcili yardımın üzərinə düşür: “Nəticədə də bayram günlərdə təcili yardıma daxil olan müraciətlərin sayı artır”.

Baş həkimin müavini qeyd edib ki, martın 20-21-i tarixlərində müraciətlərin sayı 2400-ə yaxın olub: “Təcili yardıma müraciət edənlərin 8%-i xəstəxanalara yerləşdirilib. Adi günlərdə olduğu kimi bayram günlərində də çağırışlar əsasən ürək, qan-damar sistemi, mədə-bağırsaq pozğunluğu və s. ilə əlaqədar olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR