Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 14 Sentyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 14 Sentyabr
# 14 sentyabr 2016 18:16 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Neft ölkələri hasilatı donduracaqmı? OPEK üzvü dövlətlərdən gələn mesajlara baxsaq, hasilatın dondurulması ehtimalı böyükdür. Amma mesajlar apreldə olduğu kimi əməllə üst-üstə düşmür. Səudiyyə Ərəbistanı bir tərəfdən hasilatın dondurmağın vacibliyini önə çəkir, bazarda təklif azalarsa, qiymətlər artacaq deyir, digər tərəfdən gündəlik neft hasilatını artırır. Artıq ölkədə gündəlik hasilatı 12,6 milyon barelə çatıb, Səudiyyə bu göstəriciyə görə ABŞ-ı belə geridə qoymağı bacarıb. Əgər bir ölkə bir tərəfdən hasilatı artırır, digər tərəfdən hasilatı dondurmağın vacib olduğunu iddia edirsə, onda ortada açıq manipulyasiya var. Aprel təcrübəsi göstərdi ki, hasilatı azaltmaq müzakirələri neftin bahalaşmasına dərhal təkan verir. Səudiyyə bu mexanizmdən yararlanaraq bir güllə ilə iki dovşan vurur. Birincisi, hasilatı dondurmaq söhbəti neftin bahalaşdırır, ikincisi hasilatı artıran Səudiyyə nefti baha sataraq daha çox gəlir əldə edir. Bu, birja oyunçularının adi iş üsuludur. Tarixinin ən böyük büdcə kəsiri ilə qarşılaşan ölkənin belə primitiv üsula əl atmasını bəlkə də başa düşmək olar. OPEK ölkələrində hasilatın artması ilə elə bu ölkələrin “gəlin hasilatı donduraq” mesajları gəlirləri müvəqqəti olaraq artırmağa hesablanıb və neftin bahalaşma trendinə girməsi demək deyil. Bu mənada Rusiya Maliyyə Nazirliyinin gələn il neftin ortalama qiymətinin 30 dollar olacağı barədə proqnozu daha inandırıcı görünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR