® 14 may tarixində imtahan ver, ödənişsiz təhsil almaq imkanı qazan!

<font color=red>® </font>14 may tarixində imtahan ver, ödənişsiz təhsil almaq imkanı qazan!
# 28 mart 2016 12:09 (UTC +04:00)

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ödənişsiz və güzəştli şərtlərlə təhsil almaq üçün azərbaycan bölməsinin V-XI siniflərinə müsabiqə yolu ilə şagird qəbulu elan edir.

Müsabiqənin nəticələrinə əsasən övladınız:

- tam ödənişsiz;
- aylıq təhsil haqqı 300 AZN;
- aylıq təhsil haqqı 500 AZN;
- aylıq təhsil haqqı 700 AZN;
- aylıq təhsil haqqı 900 AZN;

olmaqla təhsil ala bilər.

Müsabiqə iştirak etmək üçün 09.05.16 tarixinədək burada qeydiyyatdan keçmək lazımdır .

Müsabiqə iki mərhələlidir. Birinci mərhələ V-IX sinif şagirdləri üçün Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən, X-XI sinif şagirdləri üçün seçdikləri ixtisas qrupunun müvafiq beş fənnindən test imtahanı formasında aparılır.

İkinci mərhələdə yüksək nəticə göstərərək birinci mərhələdən keçmiş şagirdlərlə həmin fənlər üzrə şifahi müsahibə aparılacaqdır.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədləri 10-12.05.16 tarixlərində saat 10:00-dan 18:00-dək məktəbə təqdim edərək buraxılış vərəqi almaq lazımdır. Sənədləri təqdim edərkən şagirdin şəxsən iştirak etməsi vacibdir:

1. Şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) əsli. Əgər bu sənəd şəkilsizdirsə həmçinin məktəbdən və ya yaşayış yerindən şəkilli arayış (möhür şəklin üstünə vurulmaqla);
2. 4 ədəd 3x4 ölçüdə fotoşəkil.

Müsabiqənin birinci mərhələsi (test imtahanı) 14.05.16 tarixində keçiriləcəkdir.

Ünvan: Bakı şəhəri, S. Vurğun küç. 1006-cı məhəllə (Rusiya Səfirliyinin yaxınlığında)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR