Naxçıvan Dövlət Arxiv İdarəsinin strukturu təsdiq edilib

Naxçıvan Dövlət Arxiv İdarəsinin strukturu təsdiq edilib
# 29 iyul 2016 12:32 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Dövlət Arxiv İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. APA-nın xəbərinə görə, fərmanla Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi haqqında Əsasnamə, habelə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin strukturu təsdiq edilib.

“Naxçıvan Muxtar Respublikasının Arxiv İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2003-cü il 27 oktyabr tarixli 107-II FR nömrəli fərmanı ləğv olunub.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırlıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR