ABŞ Ukraynada islahatlar aparılmasına 220 milyon dollar ayıracaq

ABŞ Ukraynada islahatlar aparılmasına 220 milyon dollar ayıracaq
# 16 iyun 2016 02:08 (UTC +04:00)

Bakı-APA. ABŞ Ukraynada siyasi, iqtisadi və enerji islahatlarının aparılmasına 220 milyon dollar ayıracaq.

APA-nın xəbərinə görə, bu barədə Ağ Ev ABŞ-ın vitse-prezidenti Co Bayden və Ukrayna baş naziri Vladimir Qroysman arasında keçirilən görüşündən sonra məlumat yayıb.

Məlumata əsasən, ayrılacaq vəsait gömrük və məhkəmə sisteminin islahatı, həmçinin qeyri-mərkəzləşdirmə üzrə tədbirlərin genişləndirilməsi və enerji təhlükəsizliyinin dəstəyinə yönələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR