Gəncədə 29 yaşlı qadını maşın vurub

Gəncədə 29 yaşlı qadını maşın vurub
# 26 yanvar 2016 13:01 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin “Dəyirman dairəsi” adlanan ərazisində yolu keçmək istəyən Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Rüstəmova Könül Elxan qızı hərəkətdə olan “VAZ-2106” markalı avtomobillə vurulub. Xəsarət alan qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR