“Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanunlar ilin sonuna kimi müzakirəyə çıxarılacaq

“Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında”  qanunlar ilin sonuna kimi müzakirəyə çıxarılacaq
# 20 sentyabr 2016 11:23 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitənin sədri Əhliman Əmiraslanov bildirib. “Psixoloji yardım haqqında” qanuna çox böyük ehtiyac olduğunu deyən Ə. Əmiraslanov hesab edir ki, psixoloji yardım hər bir müəssisə üçün vacib komponentlərdən biridir: “Dünyada, istər özəl, istərsə də dövlət olsun, elə bir tibbi müəssisə tapılmaz ki, orada bir və ya bir necə psixoloq çalışmasın. Bu, çox vacib məsələdir. Ancaq Azərbaycanda bu sahədə boşluq olduğundan bu boşluğu bəzən təsadüfi adamlar doldururlar”.


Ə. Əmiraslanov artıq bütün dövlət qurumları ilə razılaşdırılmış “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin tam hazır olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR