Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
# 04 oktyabr 2016 14:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin tədavül müddəti 91 gün olan 22 mln. manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 5,3 mln. manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 5,3 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 96,4569 (gəlirlilik 14,9378%) səviyyəsində müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR